Mingəçevirdə keçirilən futbol matçında ölüm hadisəsi baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb.

Dünən keçirilən matçda "Gəncə Gömrük komandası "Bakı Terminal Gömrük xidmətinin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb.

Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib.

Nəticədə oyun təxirə salınıb.

Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunmuş turnir 4 gün davam edəcək.