Hacıqabul rayonunda azyaşlı dəm qazından zəhərlənib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə Hacıqabul şəhər sakini, 2014-cü il təvəllüdlü Osmanlı Nəzrin Sahil qızı evlərində dəm qazından zəhərlənib. Azyaşlı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.