Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan, Neftçala sakini, 22 yaşlı Aydın Beytulla qızı Səfərova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Dəm qazı ilə bağlı daha bir hadisə Binəqədi rayonu, Baksol yaşayış massivində qeydə alınıb. Orada yaşayanlar - 39 yaşlı Ramil Ağayev, həyat yoldaşı, 34 yaşlı Şərqiyyə Ağayeva, övladları, 11 yaşlı Rəqsanə Ağayeva və 7 yaşlı Ülviyyə Ağayeva dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.