Bakıda evdə yanğın hadisəsi baş verib.

Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 50 m2 sahədə və mətbəxdə olan stol-stul yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.