Rusiyanın Ermənistandakı "Erebuni" hərbi-aviasiya bazasında "Mi-8MT" hərbi-nəqliyyat helikopterləri ilə gənc təyyarəçilər və bort texniklərin təlim-uçuşu başlayıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlim gündüz və gecə saatlarında yüksək dağlıq ərazidə keçiriləcək. Hazırlıqda Rusiyanın Ermənistandakı uyğun hərbi bazasının təyyarəçiləri və bort texnikləri iştirak edir.