Bakıda həbsxanada yanğın baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, yanğın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Xətai rayonu ərazisində, Natiq Əliyev küçəsində yerləşən Tərbiyə müəssisəsində (yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisə) baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.