Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 500 m2 olan talvar, talvarın altında tikilmiş ofisin yanar konstruksiyaları 30 m2 sahədə və istixanaya məxsus "VAZ markalı minik, "QAZEL markalı mikroavtobus, "ZİL markalı yük avtomobillərinin yanar hissələri yanıb.

İstixana və istixananın qazanxana sistemi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.