06 Dekabr 2019
05 Dekabr 2019
Gövhər Baxşəliyevadan plagiat ittihamı ilə bağlı ŞOK AÇIQLAMA: O, 180 adama saxta sənədlər verib
Gövhər Baxşəliyevadan plagiat ittihamı ilə bağlı ŞOK AÇIQLAMA:O, 180 adama saxta sənədlər verib MÜSAHİBƏ 10:12 2017-01-17

Milli Məclisin deputatı, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva haqqında yayılan ittihamlara cavab verib. 

Unikal.org məsələni araşdırmaq üçün xanım deputatla əlaqə saxlayıb. O, barəsəində səslənin iddialara aydınlıq gətirib.

-Gövhər xanım, Zəfər Abdullayev haqqınızda niyə bu cür iddialar irəli sürür?

- Zəfər Abdullayev bizdə elmi katib idi. O, iki il bundan əvvəl iranlılara saxta sənəd verdiyi üçün Akif Əlizadənin əmri ilə işdən çıxarılıb. Amma mən yenə də bu məsələlərin mətbuatada dərc olunmasının əleyhinə idim. Əgər bu məsələ mətbuatda işığlansaydı, mən gərək onu tutdurardım. Mən insan tutduran deyiləm, xasiyyətimi bilirsiz. İranlılara saxta sənədlər verdirdi. Bu adamdan başqa haqqımda kimsə mənfi danışa bilməz.
Saxta imza atıb, saxta möhürlə İnstitutun adından insanlara sənəd verirdi. Bu sənədin 4-ü bizim əlimizə keçib. Bunun müqabilində Gövhər Baxşəliyeva nə etməliydi? Hətta bu insanının saxta işlərinin müqabilində onu elimi katiblikdən çıxarıb, digər kiçik vəzifəyə keçirdim.

-Bunları necə araşdıra bildiniz?

-Biz bildirdik ki, bu adama etibar edib ona elimi katiblik vəzifəsində saxlamaq olmaz. Biz onu Dildə İctimai Fikir şöbəsinə keçirdik. Özü də bu məsələ ilə bağlı əvvəl çox qorxmuşdu. Elə bilirdi ki, mən onu hüquq-mühafizə orqanlarına verəcəm. Hazırda onun verdiyi 4 saxta sənəddə əlimdədir. Amma mən bunu etmədim, dedim onu tutdurmayım. Bunun üzərindən bir neçə ay keçdikdən sonra Akademiyanın hüquq şöbəsinin müdiri Rasim Ağasiyev Zəfər Abdullayevi yanına çağırdı və bundan sonra bu adam yoxa çıxdı. Bir də görüm ki, Rasim Ağasiyev mənə zəng vurub dedi ki, Gövhər xanım Zəfər Abdullayev mənim telfonlarıma cavab vermir, gəlsin, ərizəsin yazıb işdən çıxsın. Mən də Rasim müəllimə deməmişdim ki, o adam institutda nə oyunlardan çıxıb.

-Bəs, Rasim Ağasiyev onun işdən çıxarılması barədə sizə bir izahat vermədi?

-Rasim müəllim mənə dedi ki, AMEA-nın keçmiş prezidenti Mahmud Kərimovun dövründə Zəfər Abdullayev 180 elmlər namizədini bir neçə adamla birləşərək ingilis dili imtahanına salmadan onlara saxta sənəd verib. Bunun müqabilində hər bir şəxsdən 800 manat pul alıblar. Rasim müəllim mənə bildirdi ki, bu cür hal Akademiyaya yaraşmadığı üçün ictimayiləşdirməyək. Bunun üçün Zəfər Abdullayevi çağır ərizəsin yazıb işdən azad olunsun. Bunun üçün Zəfər Abdullayev İnstitututa çağırıldı və ərizəsini yazdı. Akif müəllim də icra üçün sənədi mənim üzərimə göndərib. Mən də həmən məktub əsasında onun əmrini verib tutduğu vəzifədən azad etmişəm.
Üzərindən iki il ötməsinə baxmayaraq o adam dincələ bilmir. Birinci instansiya məhkəməsinə verdi, amma xeyrimizə qərar çıxdı. Yenə də dincəlmədi. Apellyasiya şikayəti verdi. Orda da analoji qərar verildi. İndi bu adam oturub "partlayır. Düşünmür ki, mən onun İranlılara verdiyi saxta sənədləri üzə çıxarsam bu adama 8-9 il iş düşür.

- Bu, necə baş verib?

-Zəfər Abdullayev pul müqabilində iranlılara AMEA-nın saxta dissertant vəsiqəsi verib. Halbuki bu insanlar İnstitutda nə disserdan deyillər. Bizdə xarici vətəndaşlar üçün dissertantura ödənişlidir. Məndə olan sənədlərin sahibləri isə ümumiyyətlə, bizə qəbul olmayıblar. Buranın dissertantı olmayan adamlara Zəfər Abdullayev durub saxta sənəd verib. Bu adam düşünmür ki, məni belə təngə gətirmək lazım deyil? Məni elimi ictimaiyyət tanıyır. Gövhər xanımın bir dənə olsun əyri işi olmayıb ki, mən xəcalət çəkim, kimdənsə utanıb geri çəkilim. Sadəcə, necə Akif müəllim dedi ki, Akademiyaya yaraşmaz məhkəməyə düşmək və bu biabırçılığı ictimayiləşdirmək. Gövhər xanıma da yaraşmaz məhkəməyə düşmək, kimi isə tutdurmaq. Amma mən onu artıq məhkəməyə versəm, bunun cəzası çox ağır olacaq. 
Başa düşürsüz?

-Siz dediniz ki, o adam İran vətəndaşlarına saxta sənəd verib. Onlar burada yaşayırdılar?

-Sən demə İran iş adamları viza açdırmaq üçün Zəfər Abdullayevi tapıblar. Bu adam pulla onlara sənəd satırmış ki, guya onlar AMEA-nın dissertantıdırlar. O, bu cür adamdır. Onun əlində bu saxta sənədləri tutmuşuq. Bu səndlərin 4-nün üzü məndədir. Amma biz bunun sayını Miqrasiya Xidməti ilə dəqiqləşdirə də bilərik. Mən hər şeyi açıb tökmürəm. Miqrasiya Xidmətinə gedib bunu tez bir zamanda araşdıra bilərdim. Görüm Zəfər Abdullayev saxta sənədləri xarici vətəndaşların 10-nu na verib, yoxsa 30-na? Bu adam gördüyü saxta işin müqabilində bizi məhkəməyə də verir ki, guya işsiz qalıb.

-Gövhər xanım, Zəfər Abdullayev əleyhinizə kampaniya aparmaqla nəyə nail olmaq istəyir?

-Bu yaxınlarda AMEA-nın İnstitutlarına direktorların seçilməsi ilə bağlı seçkilər keçiriləcək. İndi bu adam elə edir ki, mənim yenidən direktor seçilməyimə maneə olsun. Ayıb olsun.

Amid Əyyuboğlu