ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Əməkdaşlığından çıxmasına dair fərman imzalayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Əməkdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TTP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.