Bakıda kafelərdən birində dava düşüb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 14 ünvanında yerləşən kafedə qeydə alınıb.

Burada naməlum şəxs Balakən rayon sakinləri 1994-cü il təvəllüdlü Rüstəm Qantıyevin və Yaqub Mağlıyevin qol və ayaq nahiyələrinə bıçaqla xəsarət yetirib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.