Almaniyanın Kil Universitetinin alimləri su ilə bol olan planet tapıblar.

Unikal.org xəbər verir ki, planetdə su çox olduğundan mütəxəssislər kosmik cismin daxilində həyatın mövcudluğunu güman edirlər. "Daily Mail yazır ki, tədqiqatçılar su ilə dolu planeti Yerdən 39 işıq ili uzaqlıqda aşkarlayıblar. Yerdən böyük olan və "GJ1132B adlanan yeni planetin öz atmosfer mühiti var. Buna görə də alimlər belə nəticə çıxarıblar ki, orada su ola bilər.

Kosmik cisimdə atmosferin axtarışı planetlərin aşkarlanmasında istifadə olunan "tranzit metodun köməyi ilə aparılıb. Bu barədə tədqiqatçılar komandasının başçısı Con Coutvort məlumat verib.