Somalinin paytaxtı Moqadişoda hoteldə partlayış baş verib.

Unikal.org
xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 14 nəfər həlak olub.

Hadisə səhər saatlarında baş verib. Əvvəlcə hotel yaxınlığında dayanan avtomobil partladılıb. Daha sonra ikinci partlayış olub.

Qeyd edək ki, hadisə ilə bağlı "Əş-Şabab terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.