Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində Bayraməli Abbasova məxsus ikimərtəbəli, 5 otaqlı evdə qeydə alınıb.

Ümumi sahəsi 322 kvadratmetr olan evin çardaq hissəsi tamam yanaraq sıradan çıxıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 10 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Mənzildə olan əşyalar və qonşu tikililər alovdan mühafizə olunub.

Yanğının səbəbləri araşdırılır.