Şəki rayonunda ağır yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala yolunun 26-cı kilometrliyində "Naz Lifan" və "Vaz 2104" toqquşub. Nəticədə hər iki sürücü ağır xəsarət alıb.

Xəstəxanaya aparılan sürücülərdən biri orada keçinib.

Faktla bağlı araşdırma aparılır.