Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində "RENO TIR markalı yük avtomobili ilə "FORD" markalı yük avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, "RENO TIR yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Onlar aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 03:04-də başa çatıb.