Bakı sakini qonşusunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1983-cü il təvəllüdlü Osmanov Nurlan Abbas oğlu qonşusu ilə mübahisə edib. Mübahisə zamanı qonşusu (hələlik adı açıqlanmır) N.Osmanovun boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. N.Osmanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.