Bakıda kafedə 54 yaşlı kişinin baş və bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurulub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub.

Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.