Bakı sakini arvadını bıçaqlayıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Zirə qəsəbəsində 1971-ci il təvəllüdlü Məşədiyeva Şərqiyyə Əlisa qızı əri Əli Məşədiyev tərəfindən bıçaqlanıb. Ş.Məşədiyyeva kürək nahiyəsindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Ə.Məşədiyev saxlanılıb.