Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Bülbülə qəsəbəsində 113 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə "Toyota" markalı avtomobil toqquşub. Qəza baş verən vaxt avtobusda sərnişinlər olsa da xəsarət alan olmayıb. Qəza nəticəsində Səttar Bəhlulzadə küçəsində tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.