Bakıda avtomobil iki piyadanı vurub.

Unika.org "Reporta istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospekti 112 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 24 yaşlı Şamxal Kərimli idarə etdiyi "İsuzu markalı avtomobillə 2012-ci il təvəllüdlü Əmir Dadaşovu və 1957-ci il təvəllüdlü Faiq Kərimlini vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır