Quba rayonunda qətl hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Atanın ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.