Rusiyanın Surqut şəhərində azərbaycanlı güllələnib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında "Rus kafesində  baş verib.

Belə ki, iki qrup arasında kütləvi dava olub. Daha sonra dava iştirakçılarından biri qarşı tərəfdə olan azərbaycanlının başına atəş açıb. Həmin şəxs yerindəcə keçinib. Hadisəni törədən şəxs isə qaçıb.

Qeyd edək ki, hadisənin təfərrüatı araşdırılır. Cinayətdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.