ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın "Aykakan Jamanax" qəzeti yazıb.

Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.