Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
Unikal.org xəbər verir ki, İ. Əliyev başsağlığı məktubunda Rostov-Don aeroportunda "Boeing 737-800" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən kədərləndiyini bildirib.
Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.