Bir çox seriallarda rol alan gənc aktrisa Gülay Bursalı özünü onuncu mərtəbədən ataraq intihar edib.

Unikal.org axşam.az-a istinadən məlumatına görə, oğlan dostları ilə günlük kirayəyə verilən bir evə gedən gənc qız ev sahibinin təcavüzünə məruz qalıb. Hazırda polis intihara səbəb olan şəxsi axtarır.

Qeyd edək ki, gecə yarısına qədər dostu ilə klubda əylənən Gülay ev kirayəyə verən dostuna zəng vurub, ondan bir gecəlik otaq istəyib. Adı açıqlanmayan kişi Bursalı və sevgilisinin qaldığı evə gəlib. Əvvəlcə aktrisanın oğlan dostunu döyüb və telefonunu əlindən alıb. Daha sonra Gülayı bir otağa salıb və onunla birlikdə olan dostu qıza təcavüz etməyə çalışıb. Lüt qız pəncərəyə çıxaraq "Yaxınlaşmayın, özümü ataram" deyə qışqırıb. Qız oğlanların onun sözlərinə əhəmiyyət vermədiyini görən zaman özünü pəncərədən atıb.