Bu gecə Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib. Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.