Bu gün səhər saatlarında Mil-Muğan kanalının Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində balıq tutan Astara sakini bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, Astara rayonu Pensər kənd sakini, 1988-ci ildə anadan olmuş Həsənov Ramiq Məsləhət oğlunu elektrik cərəyanı vurub. Belə ki, onun əlində olan uzun tilov ehtiyatsızlıq ucbatından yuxarıdan keçən yüksək gərginlikli (35 min voltluq) elektrik xəttinə toxunub. Həvəskar balıqçı yerindəcə keçinib.
Ramiq Həsənov Salyana Astaradan olan digər balıqçı yoldaşları ilə birgə külmə balığı ovlamaq üçün gəlibmiş.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.