Bakıda naməlum kişi meyiti tapılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, fevralın 17-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi "Şərq" adlanan yaşayış sahəsində 50-60 yaşlarında kişi meyiti aşkarlanıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.