"Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir".
Unikal.org xəbər verir ki, bu sözləri APA-ya Azərbaycan Xarici Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, paytaxt Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər: "Zaventem hava limanında partlayış baş verən zaman ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub. Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır".