18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada "Miss tələbə - 2016" gözəllik müsabiqəsinin qalibi olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, Kəmalə Novokuybışevsk tibb kollecinin tələbəsidir.
Gözəllik yarışmasında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələ qızlar özləri haqda, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələ - yaradıcı nömrələr, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar. 
Müsabiqənin əsas "miss" tituluna Bakıdan olan cazibədar Kəmalə Məmmədova layiq görülüb.(oxu.az)