Göyçay rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, RegionXəbərləri.com-a daxil olan məlumata görə hadisə rayonun Ərəb  kəndində qeydə alınıb. Kənd sakini, Zülfüqarov Ariz İsrayıl oğlu həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

İlkin məlumata görə, dünən Ariz Zülfüqarov borca görə  intihar edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.