Türkiyədə yaşayan müğənni İradə İbrahimova qardaş ölkədə baş verən terror hadisələrindən danışıb. 

Unikal.org- un məlumatına görəAxşam.az-a açıqlama verən sənətçi elə bu səbəbdən də Novruz bayramını istədiyi kimi qeyd etmədiyini bildirib:

"Novruz bayramını ailəmlə qeyd etdik. Anam Bakıdan bayram təamları bişirib göndərdi. Özüm milli yeməklərimizdən hazırladım. Amma terror hadisələri səbəbindən bayramı istədiyimiz kimi qeyd edə bilmədik. Bu gün ürəklə çölə çıxa bilmişəm. Qorxu içində yaşayırıq. İpəyi məktəbə yola salıb, qarşılayanda dua edirəm. Terrora görə kefsizəm. İnşallah, qara qüvvələr başımızın üstündən çəkilər".

İ.İbrahimova Bakıya apreldə gələcəyi xəbərini verib:

"Yaradıcılıq işlərim var. Tədbirlərdə iştirak edəcəm. Vaqif Gərayzadənin mahnısını lentə yazdıracam".