Argentina millisinin və "Barselona klubunun ulduzu Lionel Messi sabah Misirin paytaxtı Qahirəyə səfər edəcək.

Unikal.org bildirir ki, bu səfər hepatit C xəstəliyi ilə mübarizə və Misirdə tibbi turizmin inkişafı çərçivəsində baş tutacaq.

Məlumata görə, ulduz futbolçu Qahirədə qədim Misir ehramlarını ziyarət edəcək.

Qeyd edək ki, bundan öncə Messinin Qahirəyə planlaşdırılan səfəri 2 dəfə təxirə salınıb.