İspaniya La Liqasında təxirə salınmış bir oyun baş tutub. 

Unikal.org xəbər verir ki, Madrid "Real"ı səfərdə "Valensiya" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinin aşağı pillələrində məskunlaşmış "yarasalar"ın gözlənilməz qələbə sayəsində xalı 23-ə yüksəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlinin zirvəsində yer alan "kral klubu" bir oyun əskik olmaqla 52 xalla izləyicisi "Barselona"nı 1 xal qabaqlayır.