Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi hələlik ürəkaçan deyil və Rusiya prosesin durmaması üçün ardıcıl səylər göstərir.
Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hələ irəliləməylə səciyyələnmir: "Rusiya bir qrup ölkələrlə birlikdə prosesin yerində durmaması üçün ardıcıl səylər göstərir və istəyir ki, heç olmasa yavaş, amma irəli hərəkət olsun. Tək çıxış budur ki, vasitəçilər həm Yerevan, həm də Bakı üçün əlverişli şərait yaratsınlar".
 trend