Ötən gün dolların rəsmi məzənnəsinin artmasından sonra bu gün "qara bazarda dollar bahalaşıb. 

Unikal.org Fins.az-a istinadən xəbər verir ki, fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.7200-1.7250 manata, satışı isə 1.7400 manata kimi yüksəlib.

Xatırladaq ki, ötən gün "qara bazarda dolların alışı 1.7100 manat, satışı isə 1.7250-1.7300 manat olmuşdu.