Çexiyanın Baş naziri Bohuslav Sobotka maliyyə naziri Andrey Babişin vaxtilə vergi ödəməkdən yayındığını gizlətməkdə şübhəli bilinməsi ilə əlaqədar vəzifəsindən istefa verib.

Unikal.org-un məlumatına görə, B.Sobotka Çexiya Prezidenti Miloş Zemana bu həftə hökümətin istefasını təqdim edəcəyini bildirib.

Bəzi KİV-lər bunun ölkədə parlament seçkilərinə 6 ay qalmış hökumət daxilində böhranın olduğunu göstərdiyini yazır.

Qeyd edək ki, A.Babiş ölkənin ən zəngin ikinci iş adamıdır.