"Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb".

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Rusiya təyyarəsinin vurulmasından sonra baş verən böhrandan sonra əlaqələrin bərpası dövrü tam başa çatıb və normal vəziyyətə qayıdıb:
"Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq.