Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən danışıqlar başa çatıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqlar üç saatdan artıq davam edib.

Rusiya liderinin Soçidəki "Boçarov ruçey iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüş keçiriblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.