ABŞ-ın Texas ştatında silahlı insident baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə İrvinq şəhərində yerləşən kollecdə qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum şəxs odlu silahdan atəş açaraq bir nəfəri öldürüb, sonra isə intihar edib. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.