Dünyanın ən yaşlı aktyorlarından biri Lukas Amman 104 yaşında vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə "Bild xəbər verib.

İsveçrəli aktyor ötən gün Almaniyada, Münhendəki evində dünyasını dəyişib. Bildirilir ki, bir müddət əvvəl L.Amman öd kisəsindən əməliyyat olunub.

Bir çox kinofilmlərdə çəkilən Lukas Amman, xüsusilə, detektiv rolları ilə tanınır.