Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Unikal.org-un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. 

Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 1/4 finalda o, Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenib - 5:2 qələbə qazanıb. 

Yarımfinalda isə o, malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, 5:0 hesabı ilə finala yüksəlib. 

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.