Finala gedən yolda üç görüş keçirməli idim. Bu görüşlərdə qələbə qazanmağı bacardım. Qələbəmi Azərbaycan xalqına həsr edirəm.

Unikal.org xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının finalına yüksələn karateçimiz Fəridə Abiyeva bildirib.

Yarışlara ciddi hazırlaşdıqlarını qeyd edən F.Abiyeva qızıl medalı hədəflədiyini vurğulayıb.