Azərbaycan milli komandası cüdo yarışlarında növbəti qızıl medal əldə edib. 

Unikal.org-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov finalda türkiyəli Bəkir Özlünü son saniyələrdə ipponla yenərək, qızıl medala sahib çıxıb.

****

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandası növbəti 2 medalı qazanıb.

Hər iki medal cüdoçuların aktivinə yazılıb. Finalda ölkənin iki təmsilçisi Aişə Qurbanlı ilə Bazarraqça Erdenebat üz-üzə gəlib. Görüş Erdenabatın qələbəsi ilə yekunlaşıb. O, qızıl, Qurbanlı isə gümüş medal qazanıb.