Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Samir Nəbiyev qızıl medal qazanıb. 

Unikal.org-un məlumatına görə, 31 yaşlı idmançı kişilər arasında nüvə itələmə növündə fərqlənib.

O, 13,95 metr nəticə göstərib. Gümüş və bürünc medalları iranlılar qazanıb. Cavid Ehsani Şakib 13,74 metr, Cavad Dalaki 13,06 metr nəticə göstərib.

Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada 34-cü qızıl medalı olub.