Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir qızıl medalını qazanıb.

Unikal.org-un məlumatına görə, Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) taekvando yarışlarında final mərhələsində Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 9:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.