Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.

Unikal.org-un məlumatına görə, finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.

Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.