"Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpaqlarında gözümüz yoxdur. Öz torpağımızı da heç kəsə verəsi deyilik". 
Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 
"Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət narahatlığını ifadə etdi. ATƏT-in Minsk Qrupu" ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdi. Biz də bunu istəyirik. Dəfələrlə bəyan etmişik ki, məsələ sülh, siyasi yolla həllini tapsın. Bu gün də  bəyan edirik ki, biz danışıqlar prosesinə sadiqik və ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli də çox sadədədir. Ermənistan silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır".