Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
C. Krri və S. Lavrov Dağlıq Qarabağda atəşin dayandırılması barədə razılaşmanı alqışlayıb, atəşin kəsilməsinin regionda situasiyanın normallaşmasına şərait yaradacağını vurğulayıblar.