Bakıda mənzildən külli miqdarda qızı oğurlanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşyalar və 15 ədəd qızıl diş olan protezi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.